Şəbnəm Tovuzlu: "Bilmək istəyirlər, arxamda duran kimdir" - VİDEO12-04-2017, 17:45
Çap et İfaçı onu da əlavə edib ki, bütün bunları öncədən sifariş edən şəxs olub: “Mənim şəxsi həyatım 1 ildir ki, müzakirə olunur. Amma ondan qabaq mənim simam tanınmırdı, yəni efirlərdə tanınmadan öncə mahnılarım tanınırdı, sevilirdi. Şəbnəm Tovuzlu olaraq “Sevənlər ölməz deyirdin” mahnım tanınırdı. Müğənnilər var ki, müəyyən bir məbləğ xərcləyir, simasını tanıdır, daha sonra mahnı çıxarır. Amma məndə belə olmadı. Mən xoşbəxtçilikdən heç mahnılara da o qədər pul xərcləməmişdim. O zamanlar Rusiyada yaşayırdım. Mahnım isə Azərbaycanda sevilirdi. Bütün bunların mətbuatda yazılmasını istərdim. Amma mənim şəxsi həyatımın müzakirə olunması bir sifariş idi. Çünki mən heç bir zaman istəməmişəm ki, mənim ailəm kənarda müzakirə olunsun. İstəmirəm bu cür gündəmi. İndi deyirlər ki, mən sənətimlə yox, şəxsi həyatımla gündəmə gəlmişəm. Yox, bu, belə deyil. Son 1 ildə mənim əsəblərimlə oynadılar. Sadəcə bilmək istəyirdilər ki, Şəbnəmin bu həyatda arxasında duran kimdir”. Qeyd edək ki, “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
