Demo Sayt » sou » Elnarə Abdullayeva həyat yoldaşından NƏLƏR DEDİ? - VİDEO


Elnarə Abdullayeva həyat yoldaşından NƏLƏR DEDİ? - VİDEO

25-05-2017, 10:53
Çap et
Elnarə Abdullayeva həyat yoldaşından NƏLƏR DEDİ? - VİDEO Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşının ünvanına təriflər yağdırıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan xanəndə bildirib ki, həyat yoldaşı ona dəstəkdir: “Yoldaşım mənim ağlıma bələddir. Məsləhətli iş görən adamam. Mən sevib ailə qurmamışam. Həyatımda romantika da olmayıb. Həyat yoldaşımgil elçi gələndə dedim ki, Allah rizası üçün kiməsə ərə getməliyəm də. İndiyə qədər də heç bir oğlan deyə bilməz ki, yanından keçib sənə söz atmışıq. Bu, heç vaxt mümkün deyil. Gündə bir oğlanla gəzsəydim, Allah belə həyat yoldaşını qabağıma çıxarmazdı. Dünyanın milyardını qarşıma düzsələr, həyat yoldaşımın çölə atılan dırnağına dəyişmərəm”.
Onu da əlavə edək ki, Elxan adlı bəylə ailə quran E.Abdullayevanın həmin evlilikdən bir qızı və bir oğlu var.
Qeyd edək ki, “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.

Reytinq: