Demo Sayt » sou » 165 kiloya malik müğənni Britni Spirsin libasından geyindi


165 kiloya malik müğənni Britni Spirsin libasından geyindi

10-07-2015, 15:24
Çap et
165 kiloya malik müğənni Britni Spirsin libasından geyindi 165 kilo çəkiyə malik macarıstanlı müğənni Snovflake maraqlı addım atıb. Rusiya mediasının verdiyi məlumata görə, ifaçı yeni çəkdirdiyi “My mission is you” adlı ekran işində dünyaca məşhur Britni Spirsin klipində olan libasından geyinib. Bu addımı atan ifaçı bildirib ki, o, özünü B. Spirsə oxşatmaq niyyətində deyil. Sadəcə libası təcrübədən keçirmək üçün geyinib: “Televiziyada hər kəsin ölçüləri idealdır. Lakin dünyada KİV-in standartlarına uyğun gəlməyən insan çoxdur. Mən bu klipi kök sənət adamlarına həsr etmişəm. Çünki onların karyera qurması bu səbəbdən asan olmur”.
İfaçı onun kilolu olmasına görə deyilən söz-söhbətlərə bu cür şərh verib: “Barəmdə olan xoşagəlməz sözlərə etirazımı bildirirəm. Mən bu haldan narazıyam”.
Reytinq: