Demo Sayt » sou » Samirə ilə Gülüstan arasında QALMAQAL - "Əlimdə fakt, sübut var"


Samirə ilə Gülüstan arasında QALMAQAL - "Əlimdə fakt, sübut var"

28-09-2017, 11:55
Çap et
Samirə ilə Gülüstan arasında QALMAQAL - "Əlimdə fakt, sübut var" Meyxanaçı-müğənni Samirə Yusifqızı əməkdar artist Gülüstan Əliyeva ilə aralarında olan qalmaqaldan danışıb.
APA TV-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, G.Əliyeva ilə danışmır: "Sadəcə, mən demişəm ki, Gülüstan xanım o mahnını məndən sonra oxuyub. Yəni hər birimiz öz bildiyimiz kimi oxumuşuq. Amma mahnının möhürünü mən vurmuşam. O, tar-kamança ilə, mən isə ansambl ilə. "Saçını yolaram" ifadəsi isə başqa bir müğənni tərəfindən mənim ünvanıma səslənib. Sadəcə, onu mənim adıma yazıblar".
Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır.

Reytinq: