Demo Sayt » sou » "Elə bir şey edəcəm ki, 1 il yazacaqlar"


"Elə bir şey edəcəm ki, 1 il yazacaqlar"

15-07-2015, 11:47
Çap et
 "Elə bir şey edəcəm ki, 1 il yazacaqlar" ATV-nin qalmaqallı aparıcısı Mətanət Əliverdiyeva tədbirlərin birində qolundakı döymə ilə fotokameralara tuş gəlib.
O, açıqlamasında bunun xına ilə çəkilən müvəqqəti rəsm olduğunu deyib:
“Döymə sevmirəm. Kim elətdirirsə, özü bilər, amma mənlik deyil. Xına ilə edilib. Çimdim, solub getdi”.
Aparıcı yeni planlarından xəbər verib:
“Mən dincəlmirəm. Radioda xəbərləri aparıram. “Qız atası” serialımız tətildədir. Yeni çəkilişlərimiz avqustdan başlayacaq. Payızda “Gündəlik” yenidən davam edəcək. Amma fərqli formatdadır. Çox maraqlı ideya düşünmüşük. Elə bir açılış edəcəm ki, 1 il saytlar ondan yazacaq. Sentyabrın 15-dən efirdəyik”.
Reytinq: