Demo Sayt » sou » Nigar Camaldan özü ilə bağlı maraqlı etiraflar


Nigar Camaldan özü ilə bağlı maraqlı etiraflar

22-07-2015, 10:23
Çap et
Nigar Camaldan özü ilə bağlı maraqlı etiraflar "Eurovision 2011" qalibi Nigar Camal özü ilə bağlı maraqlı etiraflar edib.
Axşam.az-a açıqlama verən müğənni dadlı yeməkləri sevdiyini bildirib:
"Baxıma çox önəm verirəm. Pəhriz saxlamıram. Əsl azərbaycanlı kimi gözəl yeməkləri sevirəm. Bir oturuma nə qədər qutab yeyə bilərəm. Bizdə arıqlıq nəsildən gəlir. Kökəlsəm, pəhriz saxlayaram. İdmana nifrət edirəm. Təkcə üz baxımına fikir verirəm. Çalışıram ki, 40 yaşına qədər botoks, plastik əməliyyat etdirməyim. Buna görə də üzümə müxtəlif kremlər çəkirəm".
Yaradıcılığından danışan N.Camal yeni klip çəkdirəcəyini bildirib:
"Hələ ki, yaydır. İndi yeni nəsə etmək uğursuz alınacaq. Yaradıcı işlərimə sentyabrdan sonra başlayacam. Klip çəkdirməyi planlaşdırıram. Ola bilsin ki, çəkilişlər Bodrumda oldu".
Reytinq: