Şəxsi kosmetoloqu Beyonsun cavanlıq sirrini açdı21-12-2017, 10:07
Çap et Bu yazıda oxucuları 36 yaşlı Beyonsun dəriyə qulluq üsullarıyla tanış edirik. Kraliçanın kosmetoloqu, həmçinin "L'Oréal Paris”in vizajisti və ambassadoru Con Barnet bildirib ki, ulduzun üzünə və bədəninə yalnız o toxuna bilər: "Dəri baxımına adi qayda ilə başlayın, onlar tədricən vərdiş halına keçəcək. Beləliklə dəriyə qulluq bütün mənalarda sizin üçün hobbi və ya xoş proses olacaq”. Vizajist sadə və aydın məsləhətlər verir, amma razılaşın ki, gündə bir dəfə qaydaları yerinə yetirmək və nəmləndirici krem istifadə emək dəri üçün vacib prosedurlardır. Odur ki, bəzən belə sadə şeyləri xatırlatmağa dəyər: "Göz altı kremləri nəinki göz ətrafına, həm də bütün üzə çəkmək lazımdır. Məsələ ondadır ki, bu məhsulun tərkibində dərinin daha dərin qatlarına daxil olan aktiv maddələr var. Nəticədə qan dövranını gücləndirir, xırda qırışları azaldır və dərini nəmləndirir. Lakin standart qulluğu dəyişməzdən əvvəl kosmetoloqla məsləhətləşmək lazımdır. Çünki kremin yüksək konsentrasiyası dəri məsamalərinə dola və sızanaq yarada bilər. Eyni zamanda əl və ayaq, boyun və dekolte nahiyəsini üçün nəmləndirici kremlər istifadə edin”. Məşhur kosmetoloq bildirib ki, dəriyə qulluq sadəcə kosmetik prosedurlarla bitmir. Əgər siz sağlam qidalamırsınızsa, gün ərzində 2 litrə yaxın su içmirsinizsə, onda üz üçün bahalı maskalar, cürbəcür pilinq, digər möcüzəvi kosmetoloji qulluqların heç bir faydası olmayacaq". Barnet haqlı olaraq onu da qeyd edib ki, gözəllik orqanizmin daxildən qaynaqlanır. Odur ki, daxildən necə göründüyümüz haqqında düşünməyə dəyər. Kosmetoloq xanımlara hər səhər tərkibində çoxlu sayda faydalı K vitamini olan yarım litr kələm suyu içməyi məsləhət görüb: "K vitamini orqanizmdə mübadilə proseslərinə görə cavab verir, metabolizmi sürətləndirir, regenerasiya (Orqanizmin itirilmiş və zədələnmiş üzvlərini və toxumaları bərpa etməsi) proseslərinə təsir edir və hüceyrələri bərpa edir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
