"Efirdən getməyimizə sevinib, qırmızı geyindi..." - əkizlər7-02-2018, 17:08
Çap et Əkizlər “Show News”a açıqlama verərək, bildiriblər ki, insanların mənfi rəylərinə görə bundan qaçırlar: “Milyon yarım izləyici var, onların hamısı bizi sevmir. Sevməyənlər daha çoxdur. Artıq-əskik nələrsə yazırlar, adam əsəbiləşir. Bizdə bir xüsusiyyət var, yaxşı rəylərə reaksiya vermirik, pislərə veririk. Tolikin canlı yayımına baxıram söyüş, təhqir yazırlar. Hərdən Tolik deyir ki, gəlin canlı yayıma girək və şərhləri bağlayaq. Deyirik onun marağı nədir? Ona görə də girmirik”. Bacılar “Xəzər” telekanalında aparıcılıq etdikləri “Hər şey daxil” verilişindən ayrılmalarının səbəbini də açıqlayıb. Onlar “Deyirlər, Tolik bacıların torbasını tikdi” sualına belə cavab veriblər: “4 il az vaxt deyil. Ora can qoymuşuq. Yaxşı və pis günümüzü bölüşdüyümüz məkan idi. Biz oranı etibar etdiyimiz insana həvalə etdik. Toliki günahlandırmayın, təşəkkür edin. Biz müğənniliklə daha yaxşı məşğul olacağıq. Verilişdən getdiyimiz zaman üzülənlər kimi, sevinənlər də oldu. Hətta qırmızı geyinib, əlinə xına yaxıb proqrama çıxanlar da oldu. Amma heç biri bizim yerimizi tuta bilməz”. Sevil və Sevinc bundan sonra heç bir kanalda aparıcı kimi çalışmayacağını deyib: "Bir çox kanal bizi çəkmirdi. Yəqin qapılarını açacaq". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
