Demo Sayt » sou » Həyat yoldaşından boşanan Elton: "Həyatımda sevdiyim insan var"


Həyat yoldaşından boşanan Elton: "Həyatımda sevdiyim insan var"

13-08-2015, 14:33
Çap et
Həyat yoldaşından boşanan Elton: "Həyatımda sevdiyim insan var" Mğənni Elton Hüseynəliyev şəxsi həyatından danışıb. Aile.lent.az-ın məlumatına görə, Elton prodüser həyat yoldaşı Toma ilə ayrılmasıyla bağlı ilk dəfə axsam.az-a açıqlamalar verib: “Ayrılma haqda heç nə danışmaq istəmirəm. Hər bir ailənin içində sirr var. İki insana məxsusdur və açıqlanmamalıdır. Sadəcə deyim ki, xasiyyətimiz tutmadı. Alınmayanda, bir-birimizi incitməkdən, uzatmaqdansa, maraqlı qalıb, ayrılmaq məsləhətdir. Mən ona həyatında uğurlar arzulayıram. Toma xanım gözəl, istedadlı prodüserdir. Öz gücünü göstərəcək. Ona uğurlar arzulayıram. Bu, mənim öz qərarım oldu, müraciət etdim, ayrıldım. Rəsmi boşanma da olub”.
“Bəs, ikinci dəfə evlənməklə bağlı nələr düşünürsünüz” sualına müğənni belə cavab verib: “Bu söhbətlər mənə uyğun deyil. Mən şeyx deyiləm, ailim deyiləm bu haqda böyük fikirlər söyləyim. Bu gün həyatımdan razıyam. Sənətimlə məşğulam. Həyatımda sevdiyim insan var, xoşbəxtəm. Sevirəm və sevilirəm. Uşaqlarımla da tez-tez görüşürəm. Ailədir, alınmadı. Bu mövzuda indiyənə kimi danışmamışam. Açıqlama vermək istəmişəm, sonra düşünmüşəm ki, kənarda qalsam yaxşıdır. Amma mən sənət adamıyam. Bizim həyatımız gizli qalmır, istər-istəməz ətrafdakılar görür, bilir”.
Reytinq: