Xalq artisti haqqında daha bir oğurluq iddiası - VİDEO22-09-2015, 10:13
Çap et Xalq artisti Brilliant Dadaşova ilə Nisə Qasımova arasında qalmaqal düşüb.N.Qasımova “Onlar”a açıqlamasında həmkarının onun daha bir mahnısını oğurladığını deyib: “43 il susmaq olmaz. Kim nə dedi danışmadım. Məni psixoloji təxribata çəkdilər susdum. Bir də ayıldım ki, susduqca istifadə edirlər. Mənim sağlam ifamı və tərzimi qəribə bir formaya çevirib oxuyurlar, deyirlər sənətkaram. Gəl, öl də. Mən heç vaxt mahnı qıtlığı yaşamamışam. Gülərə (Mahnının bəstəkarı - red.) səslənirəm: “Kimsə hansı bağda mahnı yazıbsa, mən xəbərsizəm”. Faiq Sücəddinov “Azəriyəm mən” mahnısını ilk dəfə mənə gətirdi, gördüm mənlik deyil. Evdə zümzümə etdim deyə, ilk ifaçısı oldum? Neçə illər keçəndən sonra “Yalvarıram”ı Brilliant Dadaşova və Samir Bağırov duet oxudu. İndi də disk çıxardıb, adını “Mənim dünyam” qoyub. Azərbaycanda ilk dəfə “Mənim dünyam” mahnısını mən oxumuşam. Onun ifasında dünyadan əsər-əlamət yoxdur. Nədən oxumusan? İncimə, əgər “Yalvarıram” mahnısını gündəmə gətirirsənsə, saxla özün üçün. “Mənim dünyam” 1974-cü ildə yazılmışdı. İstədim bu yaxınlarda o xanımın bir mahnısını oxuyum, ona göstərəm ki, xəbərsiz ifa necə olar”. N.Qasımova həmkarı İlhamə Quliyevanın “İcazəsiz mahnı oxumasınlar” sözlərinə dəstək olduğunu bildirib: “Əvvəl İlhamə Quliyeva haqqını tələb edəndə, qınayırdım. Deyirdim, həmkarıq. Amma indi görürəm ki, o insan düz edirmiş. Vaxtında mən Brilliant Dadaşovaya bacı kimi baxmışam. Amma sənin “Onun yanında əjdahayam” iddian mənə toxundu. Biz hamımız insanıq. Mən səni çox istəmişəm. Sən nə etdin? Kamera çəkməyəndə cici-bacı olur. Kamera çəkən kimi dəyişirlər. Bu ədəbləri öyrənin. İlhamə xanıma təşəkkür edirəm ki, belə mövzunu qabartdı. Kimsə kiminsə mahnısını oxuyanda icazə almalıdır. Davadırsa, dava edəcəyəm. Kimsənin sənəti qarşısında baş əymərəm. Baş Allah, valideyn qarşısında əyilər”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Xalq artisti Brilliant Dadaşova ilə Nisə Qasımova arasında qalmaqal düşüb.