Demo Sayt » sou » Aytən Səfərova və Azər Axşam ATV-yə keçdilər


Aytən Səfərova və Azər Axşam ATV-yə keçdilər

5-10-2015, 13:10
Çap et
Aytən Səfərova və Azər Axşam ATV-yə keçdilər ANS telekanalının tanınmış aparıcısı Aytən Səfərova iş yerini dəyişib.
Səfərova bundan sonra fəaliyyətini ATV-də davam etdirəcək.
Qeyd olunur ki, bir müddət öncə ANS rəhbərliyi ilə münasibətləri soyuqlaşan Səfərova ATV-dən gələn təklifə müsbət cavab verib.
Onun bu təklifə “hə” deməsinin əsas səbəbinin də məhz bu amil olduğu bildirilir.
***
Azər Axşamdan ATV-yə keçməsi ilə bağlı açıqlama
Aparıcı Azər Axşam ATV telekanalında işə başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.
Şoumen məlumatları təsdiqləyib:
“Xəzər” telekanalı ilə müqaviləmiz bitdi, yollarımızı ayırdıq. Oradakı verilişlərimin də yayımı dayandı. İndi ATV-də çalışıram. Yeni layihə hazırlayırıq. Əyləncə xarakterli bir proqram olacaq. Tam mövzusunu dəqiqləşdirməmişik. Efiə çıxacağım tarix də bəlli deyil”.
Qeyd edək ki, A.Axşam “Xəzər” telekanalında “Qaraoki” verilişini aparırdı. O, eyni zamanda ATV-də yayımlanan "Qız atası” serialında çəkilir.
Reytinq: