Demo Sayt » sou » "İşte benim stilim"dən qovulan Sima geri qayıtdı


"İşte benim stilim"dən qovulan Sima geri qayıtdı

24-11-2015, 13:19
Çap et
"İşte benim stilim"dən qovulan Sima geri qayıtdı Azərbaycanlı model ilk günündə də qalmaqalları ilə gündəmə gəlib.

Türkiyənin ən məşhur yarışına qatılan və uzun müddət qalmaqalları ilə gündəmdə olan Sima Şərafəddinovadan xəbər var. Azərbaycanlı model T8-də yayımlanan "İşte benim stilim All star"a geri qayıdıb.
Ötən mövsümdə yarışa qatılan stilindən daha çox qalmaqalları, göz yaşları ilə gündəmdə qalan Sima podiuma çıxdığı ilk gün yenidən qalmaqala imza atıb.
Azərbaycanlı gözəl "Best Model" yarışının iştirakçısı və qalibi olub. Verilişin ötən günki, 73-cü buraxılışında o Türkiyənin ən dəbli xanımı olmaq üçün mübarizə aparan qızların sırasına qoşulub.
"İşte benim stilim"dən qovulan Sima geri qayıtdı "İşte benim stilim All star"da ilk günündə Sima səhnəyə uzun rəngarəng geyimlə çıxıb. Özündən əmin olan iştirakçının geyimi, makiyajı və saçları nə iştirakçıların, nə də müsiflərin xoşuna gəlib. O, günün sonunda ən pis geyinən üç iştirakçıdan biri kimi müsiflərin qarşısına çıxıb.
Digər iştirakçıları ilk gündən sərt tənqid edən azərbaycanlı gözəl ilk dəfə podiuma çıxmasından fərqli olaraq bu dəfə davranışlarına daha çox nəzarət edəcəyini, bu müddət ərzində özünə kənardan baxdığını, makiyajdan istifadə qaydasını təkmilləşdirdiyini deyib.
S.Şərafəddinova ilin əvvəlində də adıçəkilən müsabiqəyə qatılıb. Lakin o davranışları səbəbilə yarışı yarımçıq saxlayıb. "İşte Benim Stilim"in aparıcısı Sima Şərafətdinovanın diskalifikasiya edildiyini açıqlayıb. Aparıcı Öykü Serter seçim mərhələsindən öncə Simanın yarış qaydalarına uyğun hərəkət etmədiyini açıqlayıb. Onun sözlərinə görə, dəfələrlə xəbərdalıq edilsə də, Simanın hərəkətlərində heç bir dəyişiklik olmayıb.
S.Şərafətdinova dəfələrlə yarışda davranışlarına görə, sərt tənqidlərlə üzləşib, ağlayıb.
Model isə yarışdan özünün istəyi ilə ayrıldığını deyib. “Yarışmada məşhur olmaq üçün iştirakçılar üzümə dururdu. Hər gün millətimi təhqir edib, məni mənəvi şiddətə məruz qoyurdular. Mən güclü xarakterə malik insanam. Lakin televiziyada görünəcəm deyə alçala bilmərəm. O yarışmada Azərbaycanı tanıtmaq və birinci olmaq üçün maddi - mənəvi əziyyətlər çəkdim. Hər geyimim özəl hazırlanırdı. Yarışmacılar “Azəri iti birinci olmayacaq” deyirdilər. Birinci olmadım. Həyatda hər şeyə sahib insanam, yaxşı ailəm, təhsilim, əhatəm, insanlığım var. Ordakılar haqqımı yediyi üçün xeyir görməyəcəklər".
Reytinq: