Demo Sayt » sou » Elnur "Eurovision-2015"in yarımfinalına qara sarğı ilə çıxdı - VİDEO


Elnur "Eurovision-2015"in yarımfinalına qara sarğı ilə çıxdı - VİDEO

21-05-2015, 19:54
Çap et
Elnur "Eurovision-2015"in yarımfinalına qara sarğı ilə çıxdı - VİDEO
Bu il Azərbaycanı “Eurovision 2015” mahnı müsabiqəsində təmsil edəcək müğənni Elnur Hüseynov iştirak etdiyi yarışmanın birinci yarımfinalına qatılan zaman qoluna qara lent taxıb. İfaçı daha sonra mediaya açıqlama verərək bildirib ki, o bu addımı Bakıdakı yanğın nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq edib: “Nə qədər insanlarımız öldü. Bilmirəm, nə deyim? Allah rəhmət eləsin. Ona görə qoluma qara lent bağladım. Həyatda hər şey olur. Amma belə bir şeylər olanda adamın ürəyi qırılır”.
Reytinq: