Azərbaycanı "Eurovision-2017"-də Diana Hacıyeva təmsil edəcək5-12-2016, 14:40
Çap et İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 5-də bununla bağlı iclas keçirilib. İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib. “Eurovision-2017" Ukraynada keçiriləcək. Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”-in seçim turlarında iştirak edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
