“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” müsabiqəsi uğurla davam etdirilir5-04-2017, 15:42
Çap et Müsabiqənin əsas məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafını möhkəmləndirmək, təbii ehtiyatların qənaətli istifadəsi və ətraf mühitin mühafizəsi sahəsində məktəblilərdə xüsusi bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. “Ekoloji yönümlü və enerji effektli məktəb layihəsi”ndə orta təhsil müəssisələrinin şagirdlərinə vətəndaşların qənaətcil davranış prinsiplərinə xidmət edən enerji ehtiyatlarından istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, enerji və suyun qənaətlə istifadəsi, “yaşıl bufet”sağlam qidalanma, yaşıl dizayn sahəsində bacarıqların aşılanması nəzərdə tutulur. Proqramın ilk mərhələsində tullantıların azaldılması məqsədilə mart ayında Bakı şəhəri üzrə 90-dan artıq orta məktəbində, o cümlədən Təhsil Nazirliyi tabeliyində olan 30 orta təhsil müəssiəsində enerjiyə və suya qənaət tədbirləri həyata keçirilir. Müsabiqə çərçivəsində məktəbin sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün “yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri ararılır. Məktəblərdə ekoloji təmiz məhsulları təblig etmək üşün “yaşıl bufet” mərhələsində şagirdlər sağlam qidalanma haqqında biliklərə yiyələnərək məktəbdə qida rasionunun tərkibini öyrənirlər. Eyni zamanda məktəblilər və valideynlər arasında ekoloji təmiz məhsulların faydası haqqında məlumatlar təblig edilir. Tullantıların azaldılması məqsədilə şagirdlər tərəfindən mart ayının sonuna kimi 10 tona qədər kağız tullantıları və plastik qablar toplanılıb təkrar emal üçün Az Ekol MMC təşkilatının dəstəyi ilə təhvil verilmişdir. Layihə dekabr ayının sonuna qədər davam edəcək. Müsabiqənin yekununda “Yaşıl şəbəkəyə” daxil olan “ekoloji yönümlü” və “enerji effekti”nin tələblərinə uyğun olaraq məktəblərin ekoloji pasportlaşdırması həyata keçiriləcək və “Mənim məktəbim ətraf mühitə diqqətlidir” adlı ekoloji emblemi təqdim olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
