Bu il orta məktəblərdən 84 min şagird məzun olacaq5-06-2017, 13:51
Çap et Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək. Təhsil Nazirliyindən bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir. 2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir. Qeyd edək ki, Azərbaycanda cari tədris ili sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. İyunun 14-də orta məktəbi bitirən məzunlar üçün “son zəng” çalınacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
