Demo Sayt » tehsil » Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

21-09-2017, 15:10
Çap et
Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə Surəti:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya,

Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarova,

Heqiqet.az saytına və digər kütləvi informasiya vasitələrinə


MÜRACİƏT
Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə Yazıb Sizə bildirmək istəyirik ki, Nərimanov rayonu məktəb, lisey kompleksinin valideyn və müəllim şagird kollektivi tərəfindən bildirilir ki, bizə filologiya elmləri doktoru, “Əməkdar müəllim”, Dövlət İmtahan Mərkəzinin rus ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın Müdafiə Şurasının üzvü, Rusiya Federasiyası Puşkin mükafatı laureatı, Rusiya Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Pyotr Elmlər Akademiyasının müxbir üzvü, rus dili və ədəbiyyatının müxtəlif siniflər üçün dərslik və metodik vəsaitlərin müəllifi, ədəbiyyatşünaslığın müxtəlif sahələri üzrə 60-dan artıq kitabın müəllifi (əsərləri Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkmənistanda çap olunub), təhsil və müasir pedaqogika üzrə bir sıra əsərlərin müəllifi məktəb, lisey kompleksi məzunların yüksək nəticə göstərdiyinə görə dəfələrlə Təhsil Nazirliyi və Bakı şəhəri Təhsil İdarəsi tərəfindən mükafatlandırılmış, 1998-ci ildə öz məktəbinin şagirdi təhlükəyə düşən zaman səhhətini, sağlamlığını düşünmədən özünü təhlükəyə ataraq onu xilas edərək bizə insanlıq nümunəsi olan bir direktoru Qafar Hüseynov rəhbərlik edir. Direktorumuz həmçinin “Qızıl qələm” mükafatçısı, “Qafqaz Yazıçılar Birliyi”nin üzvüdür.
Yazıb sizə bildiririk ki, son günlərdə məktəbimiz haqqında gəzən neqativ söz-söhbətlərin əsası yoxdur, bu bizi istəməyən məktəbimizin adına fəaliyyətinə, nailiyyətlərinə illərdir nümunəvi məktəblər olduğunda olan uğurlarımıza xələl gətirmək məqsədilə çalışan insanlardır. Həvəslə başladığımız yeni təhsil ilində də illərlə çiyin-çiyinə çalışdığımız, dərin hörmət bəslədiyimiz yaxşı çalışmağımız üçün sağlam şərait yaradan direktorumuzla fəaliyyətimizi davam etdirmək istəyirik.

Məktəbin pedaqoji kollektivi

21 sentyabr 2017-ci il
Reytinq: