Bakıda orta məktəbdə kütləvi dava3-11-2017, 14:24
Çap et 214 nömrəli tam orta məktəbdən verilən məlumata görə, noyabrın 2-də tənəffüs zamanı (saat 12:15-də) 7a sinif şagirdləri Neman Fərzəliyev və Əkbər Məmmədli mübahisə edib və onlar arasında dava olub. "Dava nəticəsində Əkbər Məmmədlinin qasıq hissəsində kəskin ağrılar yaranıb. Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb. Qeyd edək ki, hər 2 şagird fiziki cəhətdən aktiv uşaqlardır. Onların bundan öncə də mübahisə etdikləri müşahidə olunub. Tərbiyə işləri üzrə direktor müavini, məktəbin praktik psixoloqu və sinif rəhbəri həmin şagirdlərlə müntəzəm olaraq tərbiyəvi iş aparır və psixoloji yardım edirlər". Məlumatda qeyd olunur ki, şagirdlərin münasibətlərinin tənzimlənməsi istiqamətində müvafiq işlər davam etdirilir. "Hadisə barədə şagirdlərin valideynləri dərhal məlumatlandırılıb, onlarla müvafiq söhbət aparılıb və zəruri tövsiyələr verilib. Noyabrın 3-də hər iki şagird məktəbə gəlib və dərs məşğələlərində iştirak ediblər. Hər iki məktəblinin təlim nəticələri orta, dərsə davamiyyəti və davranışı normaldır". Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
