Demo saytı » tehsil » TQDK 9 illik bazadan kolleclərə qəbul olanlara müraciət edib


TQDK 9 illik bazadan kolleclərə qəbul olanlara müraciət edib

23-07-2015, 11:57
Çap et
TQDK 9 illik bazadan kolleclərə qəbul olanlara müraciət edib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 9 illik bazadan kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlər barədə məlumatı daxil olduqları kollecdən əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
Reytinq: