Demo saytı » tehsil » Regionlardakı ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib


Regionlardakı ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib

25-06-2015, 18:57
Çap et
Regionlardakı ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, qəbul olan bakalavrların qeydiyyatı iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaqdır. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
Reytinq: