BŞTİ-nin müdiri vəzifəsinin icrası KİMƏ həvalə edildi? - Nazir əmr imzaladı5-07-2018, 10:29
Çap et Bu barədə idarədən məlumat verilib. Qeyd edək ki, Məhəbbət Vəliyeva Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. 2001-ci ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin qalibi olub. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Psixologiya üzrə fəlsəfə doktorudur. YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Ailəlidir, 2 övladı var. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
