Tələbələrin köçürülməsinin nəticələri məlum oldu27-02-2020, 10:26
Çap et Təhsil Nazirliyindən bildirilib ki, Transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3083 nəfər müraciət edib. Onlardan 2266 nəfərin müraciəti müsbət cavablandırılıb: "Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2668 nəfərdən 1915 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1858-ni bakalavriatura, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir”. "Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 415 nəfərdən 351 nəfərin müraciəti müsbət cavablandırılıb”, - deyə nazirlikdən qeyd edilib. Xatırladaq ki,2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə indiyədək ümumilikdə səkkizmindən çox tələbənin köçürülməsi həyata keçirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
