Demo Sayt » tehsil » TQDK yeni qəbul kampaniyasına başlayır


TQDK yeni qəbul kampaniyasına başlayır

17-09-2015, 15:16
Çap et
TQDK yeni qəbul kampaniyasına başlayır “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-2016-cı tədris ili üçün qəbul kampaniyasını başa çatdırıb”.
APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib.
O, bildirib ki, cari ildə keçirilən müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib: “Bu çox böyük rəqəmdir”.
M. Abbaszadə qeyd edib ki, artıq TQDK yeni qəbul kampaniyasına başlamağa hazırlaşır: “Komissiya son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub.
Cari ilin avqust ayına kimi TQDK-nın təqdim etdiyi 15 elektron xidmət növündən 4 167 385 dəfə istifadə olunub ki, bu da bir təşkilat üzrə yüksək göstəricidir”.
Reytinq: