Ağdam Dövlət Sosial-İqtisadi Kollecində "canlanma"...14-05-2015, 11:10
Çap et ![]() Natiq Cavadov Mikayıl Cabbarovun etimadını doğrulda bilmir Yay imtahan semestrinə "hazırlıq" tələbələri çətin duruma salıb Mikayıl Cabbarov qısa vaxt ərzində ölkə təhsilində bir sıra mühüm islahatlar həyata keçirib. Bunu inkar etmək olmaz. Amma təhsilimizin bəzi sahələrində ağıryüklü problemlər hələ də qalmaqdadır. Bu barədə dəfələrlə yazmağımıza baxmayaraq, vəziyyət düzəlmir ki, düzəlmir. Söhbət orta ixtisas təhsili müəssisələrində yaşanan qanunsuzluqlardan gedir. Qeyd etmək lazımdır ki, sabiq nazir Misir Mərdanovun dövründə kolleclərdə təhsilin səviyyəsi xeyli aşağı düşmüşdü. Mikayıl Cabbarov nazir vəzifəsinə təyin olunanda isə çoxları bu sahədəki vəziyyətin düzələcəyinə ümid bəsləyirdi. Lakin gözləntilər özünü doğrultmadı. Keçmiş nazirin vaxtında direktor vəzifəsinə qoyulan bəzi şəxslər bü gün iş başındadır. Düzdür, yeni nazir bəzi kolleclərin direktorlarını işdən azad etdi. Buna baxmayaraq, onun işə təyin etdiyi kadrlar etimadı doğrulda bilmir. Heqiqet.az Gundelik-baki.com-a istinadən xəbər verir ki, problemlər Ağdam Dövlət Sosial-İqtisadi Kollecindən də yan keçməyib. Xatırlayırsınızsa, qəzetimizin ötən saylarında kollecdə qeydə alınan problemlər, o cümlədən tələbələrin dərsə davamiyyətinin ürəkaçan səviyyədə olmaması, ştatdankənar işçilərin saxlanması və direktor Natiq Cavadovun hüquq normalarına sığmayan əməlləri haqda ilginc faktları diqqətinizə çatdırmışdıq. Dərin təəssüf hissi ilə bildirmək istəyirik ki, kollec rəhbəri barəsində yazılan tənqidlərdən heç bir nəticə çıxarmayıb. Fiziki tərbiyə, təsviri incəsənət müəllimliyi, maliyyə işi, nəqliyyatda daşımaların və yol hərəkətinin təşkili ixtisaslarının tədris olunduğu kollecdə işlər cığırında getmir. Ağdamdakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, təhsil ocağında yay semestr imtahanları ilə əlaqədar olaraq hərəkətliklik, canlanma müşahidə edilməkdədir: "Direktor da daxil olmaqla fakültə rəhbərləri və müəllimlərin əksəriyyətinin başı qarşıdan gələn yay imtahan sessiyasına qarışıb. Kollec rəhbəri müəllimlərə heç bir tələbəyə güzəştə getməməyi tapşırıb. Yəni əgər köhnə direktorun vaxtında bəzi imkansız tələbələr öz savadı hesabına qiymət alırdılarsa, indi onların da qarşısına ağır "şərt" qoyulub. Buna əməl etməsələr, imtahandan keçmələri müşkülə çevriləcək. Bu səbəbdən tələbələr imtahanlara ciddi "hazırlıq" görürlər. Əslində, müəllimlər tələbələri incitməyə həvəsli deyillər. Çünki onlar burda təhsil alan şəxslərin maddi imkanlarının hansı səviyyədə olmasından xəbərdardır. Bəzi tələbələr dərsə köhnə paltarda gəlir. Onların ailə vəziyyəti olduqca ağırdır. Buna baxmayaraq, direktor müəllimlərdən bütün tələbələrin imtahan məsələlərinə cəlb olunmasını tələb edir. Sonuncu kursda təhsil alan tələbələr daha böyük problemlə üzləşiblər. Belə ki, kollec rəhbərliyi həmin tələbələrin daha çox xərcə düşməsinə çalışır. Kollecin müəllim və tələbə heyətinin direktordan gözləntiləri özünü doğrultmadı. O həm də nazirin ümidlərini puça çıxardı. Hətta bəzi müəllimlər yay imtahan sessiyası başa çatan kimi ərizə yazıb işdən çıxmaq istəyir. Bəziləri isə direktorun törətdiyi qanunsuzluqlar haqqında Təhsil Nazirliyi ilə yanaşı, digər əlaqədar dövlət qurumlarının məsul şəxslərinə müraciət etmək niyyətindədir. Artıq başqa çıxış yolu yoxdur". Məlumat üçün bildirək ki, Natiq Cavadov əvvəllər Gəncə Aqrar Universitetində işləyib. Məlumatlı mənbənin sözlərinə görə, kollec rəhbəri köhnə iş yerində də başqa prinsiplərlə fəaliyyət göstərirmiş: "Gəncə Aqrar Universitetini ötən illərdə bitirən məzunlar onun haqqında müsbət fikir söyləmirlər. Natiq müəllim universitetdə işlədiyi vaxtlarda da tələbələri incidir, onlardan nəysə umurmuş. O eyni əməllərini Ağdam Dövlət Sosial-İqtisadi Kollecində də təkrarlayır". Onu da qeyd edək ki, son vaxtlar məktəb direktorlarının, bağça müdirlərinin və kollec rəhbərlərinin müəllimləri banklardan kredit götürməyə vadar etməsi geniş yayılıb. Deyilənə görə, N.Cavadovun da adı belə işlərdə hallandırılır. Bu haqda gələn saylarımızda araşdırma aparıb sizlərə də məlumat verəcəyik. Kollec rəhbəri irəli sürülən ittihamlara münasibət bildirmək istəsə, şərait yaradarıq. (Ardı var) Kərim Cəfərli Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

