Doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlandı17-11-2015, 10:40
Çap et Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın elmi müəssisələrinin doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili və keçirilməsi ilə bağlı iclas keçirilib.AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, iclasda Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov qeyd edib ki, iclasın AMEA-da kadr hazırlığının təkmilləşdirilməsi ilə birbaşa əlaqəsi var. Belə ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” qərar qəbul edib. Qərarın icrası ilə əlaqədar doktoranturaya qəbul imtahanları noyabrın 16-dan dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək. Ə.Sadıqov diqqətə çatdırıb ki, fəlsəfə fənni üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının qəbul edilməsi məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə imtahan komissiyası yaradılıb və Komissiyaya AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev sədrlik edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın elmi müəssisələrinin doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili və keçirilməsi ilə bağlı iclas keçirilib.