Demo Sayt » tehsil » Təhsil Nazirliyi Gəncədə müəllimlərin küçə təmizləməsi iddialarını araşdırır


Təhsil Nazirliyi Gəncədə müəllimlərin küçə təmizləməsi iddialarını araşdırır

17-02-2016, 13:37
Çap et
Təhsil Nazirliyi Gəncədə müəllimlərin küçə təmizləməsi iddialarını araşdırır Təhsil Nazirliyi Gəncədə İcra Hakimiyyəti binasının qarşısındakı meydanda müəllimlərə təmizlik işləri gördürüldüyü barədə iddiaları münasibət bildirib.
Nazirlikdən verilən məlumata görə, sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə hər hansı məlumat daxil olmayıb. Bununla belə, hazırda Təhsil Nazirliyi tərəfindən iddialarla bağlı müvafiq araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında təmizlik işləri aparıldığını əks etdirən şəkillər yayılıb. Gəncə sakinləri həmin ərazini təmizləyən şəxslərin şəhərdə işləyən təhsil işçiləri olduğunu iddia edib.
Reytinq: