Demo Sayt » tehsil » Ən çox yeyinti və korrupsiya halları ilə adı hallanan universitet ...


Ən çox yeyinti və korrupsiya halları ilə adı hallanan universitet ...

3-03-2016, 13:34
Çap et
Ən çox yeyinti və korrupsiya halları ilə adı hallanan universitet ... Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevralayı üzrə analiz işini yekunlaşdırıb.
Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10543 xəbər yerləşdirilib. Bunlardan 248 xəbər mənfi, 89 xəbər müsbət və 10206 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Texnologiya Universiteti (146 xəbər-universitetdə 1,5 mln. manatlıq yeyinti, korrupsiya və s.), Azərbaycan Dövlət İqtisad Universiteti (34 xəbər-universitetin rektoruna qarşı olan ittihamlar), Azərbaycan Universiteti (19 xəbər-rüşvət, universitetin rektorundan şikayət və s.). Azərbaycan Dövlət İqtisad Universiteti isə müsbət xəbərlər arasında 29 xəbərlə (universitetin Azərbaycan birincisi seçilməsi, beynəlxalq reytinqdə yer alması) liderdir.
Xəbər sayına görə sıralama:
Bakı Dövlət Universiteti - 1107 xəbər
Dövlət İqtisad Universiteti - 827 xəbər
Dövlət Neft və Sənaye Universiteti - 646 xəbər
Bakı Slavyan Universiteti - 626 xəbər
Tibb Universiteti - 613 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1231 xəbər dərc edilib. Bu xəbərlərdən 1206-ı neytral, 14-ü mənfi, 11-iisə müsbət xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Azərbaycan Texnologiya Universiteti (9 xəbər-universitetdə 1,5 mln. manatlıq yeyinti, korrupsiya və s.), Azərbaycan Dövlət İqtisad Universiteti (5 xəbər-universitetin rektoruna qarşı olan ittihamlar). Bakı Ali Neft Məktəbi(5 xəbər-universitetin rektorunun YAP tərəfindən təltif olunması) isə müsbət xəbərlərarasında liderdir.
Xəbər sayına görə sıralama:
Bakı Dövlət Universiteti - 144 xəbər
Bakı Slavyan Universiteti - 108 xəbər
Dövlət İqtisad Universiteti - 94 xəbər
Bakı Ali Neft Məktəbi - 65 xəbər
Dövlət Neft və Sənaye Universiteti - 56 xəbər
Fevral ayında televiziya kanallarında universitetlər haqqında 179 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
Bakı Slavyan Universiteti - 32 xəbər
Bakı Dövlət Universiteti - 20 xəbər
Dövlət İqtisad Universiteti - 18 xəbər
ADA Universiteti - 11 xəbər
Bakı Ali Neft Məktəbi - 10 xəbər
Reytinq: