Biologiya müəllimlərinin I forumu keçirilib20-04-2016, 11:28
Çap et Cəmiyyətin intellektual inkişafının ən mühim problemlərindən biri də biologiya elmi ilə əlaqədardır. Həmçinin, biologiya elmi həyatımızın başqa yönləri və digər elm sahələri ilə sıx bağlı olduğu üçün, biologiya müəlliminin əsas vəzifəsi özünü hərtərəfli inkişaf etdirməkdən və cəmiyyətin hər sahəsində faydalı fərdlərin yetişdirilməsinə diqqət göstərməkdən ibarətdir. Bu səbəbdən, Azərbaycan cəmiyyətində yüksək əxlaqi keyfiyyətlərə malik biologiya müəllimlərinin yetişdirilməsi zəruri məsələlər sırasında durur. Aprelin 19-da Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və Təhsil Problemləri İnstitutu tərəfindən "Biologiya müəllimlərinin I forumu" bu il Qafqaz Universitetində təşkil olunub. Respublikamızın rayonlarında çalışan müəllimlərində iştirak etdiyi Forumda 200 nəfərdən çox biologiya müəllimi iştirak edib. Alimlər Ümumtəhsil məktəblərində biologiyanın tədrisi, Biologiyanın tədrisində ənənəvi təhsildən müasir təhsilə keçid, Biologiyanın tədrisində İKT resurslarından istifadə imkanları, Cambrige İGSE sistemində biologiyanın tədrisi və s. mövzularda məruzələr ediblər. İştirakçılar bildiriblər ki, bu forum ümumtəhsil məktəblərində biologiya fənninin tədrisi, biologiya müəllimi hazırlığı baxımından ölkəmizdəki mövcud təcrübənin qiymətləndirilməsi, müəllimin səriştəliliyinin inkişafı və onların İKT resurslarından istifadə imkanları ilə yanaşı beynəlxalq təhsil sistemlərindəki qabaqcıl praktikaların mənimsənilməsinə imkan verəcəkdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
