Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq12-07-2016, 13:44
Çap et IDEA-dan verilən məlumata görə, iyul təlimi suyun həyatımızdakı rolu, onun planetimiz üçün əhəmiyyətinə həsr olunacaq. Təlim zamanı uşaqlara su və onun xüsusiyyətləri barədə danışılacaq, suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanması yolları izah ediləcək. Təlimin praktiki hissəsində gənc təbiətsevərlər açıq havada su ilə bağlı bir sıra sınaqların keçirilməsində iştirak edəcəklər. İyul laboratoriyası uşaqlara ətraf mühitin əsas elementlərindən olan su və onun xüsusiyyətləri ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də onlarda kiçik yaşlarından suyun vacibliyi və ona qənaətlə bağlı təsəvvür yaratmaq baxımından faydalı olacaq. IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
