Məktəbəhazırlıq qruplarında məşğələlərin sayı azaldılıb14-10-2016, 09:08
Çap et Qərara əsasən, Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 4-cü hissəsinin mətni aşağıdakı redaksiyada verilir: “4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlif formalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur. 4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən: 4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.”. Qeyd edək ki, bundan əvvəl məktəbəhazırlıq qruplarında ana dili və bədii ədəbiyyat üzrə iş; savad təliminə hazırlıq və nitq inkişafı; ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi); Azərbaycan (rus) dili; sadə riyazi təsəvvürlərin inkişafı; təsviri sənət və kəsib yapışdırma; quraşdırma, gil işi; musiqi; fiziki mədəniyyət məşğələləri keçirilirdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
