Demo Sayt » tehsil » 179 saylı məktəbin direktoru necə “cəzalandırılır”?


179 saylı məktəbin direktoru necə “cəzalandırılır”?

27-10-2016, 19:29
Çap et
179 saylı məktəbin direktoru necə “cəzalandırılır”? Məktəbdə işləmək, xüsusilə orta təhsil müəssisəsinə rəhbərlik etmək olduqca ağır və məsuliyyətli bir vəzifədir. Bu vəzifəni icra etmək daim ictimai nəzarətdə olmaq baxımından da çox önəmlidir. Məktəb direktoru istər, müəllimlərə istərsə də şagirdlərə sözün əsl mənasında nümunə olmalıdır. Elə illər boyu ata-babalarımızdan da dəfələrlə duymuşuq ki, məktəb direktoruna istər, kənddə olsun istərsə də şəhərdə həmişə cəmiyyət xüsusi münasibət bəsləyib. Məktəb direktoru bütün vəzifələrdən önəmli sayılıb və irəlidə qərarlaşdırılıb. Hətta yaşlı nəslin nümayəndələri bir neçə on illiklər öncə direktor işləmiş şəxsləri xatırlayır, onların davranışlarını, jestlərini gənc nəslə nümunə gətirirlər. Bəs bu gün necə direktorlar əvvəlki missiyalarını qoruyub saxlayıblarmı? Təəssüflər olsun ki, günün reallığı göstərir ki, bu heç də belə deyildir. Bir həqiqətdir ki, bu gün direktor vəzifəsinin nüfuzu heç də əvvəlki illərdəki kimi deyildir. Bu gün cəmiyyətdə məktəb direktoruna hətta bazar müdiri kimi də baxanlar var. Bəs görəsən necə oldu ki, illər boyu cəmiyyətin etalonu hesab edilən direktor birdən birə bazar əhlinən müqayisə olunmağa başladı. Bunun əsas səbəblərini məktəblərə rəhbərlik edən şəxslərin çətin iqtisadi vəziyyətdə təhsil müəssisəsindəki münasibətləri şəxsi qazanc istiqamətində istismar etməsində axtaramq lazımdır. Əlbəttə bu sözlərlə biz heç də bütün direktorları nəzərdə tutmuruq. Təbii ki, hələ də cəmiyyətimizdə elə şəxslər var ki, onlar doğurdan da müəllimə və müəllimin şərəfli adına layiq davranır və tutduqları vəzifələrdən şəxsi məqsədləri istiqamətində sui istifadə etmirlər. Lakin söhbət əksəriyyətdən gedəndə, vəziyyətin heç də ürək açan olmadığını görürük. Xüsusilə Bakı məktəblərində pul-əmtəə münasibətlərinin daha qabarıq şəkildə üzə çıxamsı müşahidə olunur. Təhsil naziri Mikayıl Cabbarovun bütün radikal islahatları nədənsə məktəb direktorlarının firavan həyat sürməsinə qətiyyən təsir göstərmirlər. Direktorların əksəriyyətinin bahalı maşımları, dəbdəbəli evləri var və onlar məzuniyyətlərini mütləq xarici ölkələrdə keçirirlər. Bu cür həvəsli yaşayış tərzi xüsusilə qadın məktəb direktorlarını cəlb edir. Məsələn götürək elə 179 saylı məktəbin direktoru Kəmalə Şıxlinskaya. Bu xanım-direktor həmişə dəbdəbəli həyat tərzi keçirib və modanın bütün stereotipləri ilə ayaqlaşmağı bacarıb. Xatırladaq ki, bir qədər öncə Kəmalə xanımın adı mətbuatda “a-lya-western” stilində çəkdirdiyi fotosessiyaya görə hallanırdı. O zaman bu məsələni hətta nazirliyin rəhbərliyi də bilmişdi. Lakin Şıxlinskayanın himayədarı direktoru cəza almaqdan qurtarmışdı. Kəmalə xanım cəzasız qaldığını görüb daha da ilhamlanaraq bu dəfə xarici ölkələrə məcəralı və həyəcanlı səfərlər etmək qərarına gəldi. Bütün bu ekstra-ordinar həyata keçirmək üçünsə, əlbəttə ki, külli miqdarda pul lazımdır. Yaxşı deyiblər ki, “ideya nə qədər möhtəşəm olursa olsun, mütləq onu yedizdirmək lazımdır...”. Kəmalə Şıxlinskaya dəbdəbəli planlarını həyata keçirmək üçün pul çıxarmaq mənbəyi kimi rəhbərlik etdiyi məktəbi seçdi. 179 saylı orta məktəbdə aparılan son yoxlama nəticəsində məlum olmuşdur ki, bu təhsil müəssisəsində külli miqdarda maliyyə yeyintisinə yol verilib. Yoxlamanın nəticələri lazım olan şəxslərə və lazım olan instansiyalara təqdim olunduğundan heç Kəmalə xanıma himayədarlıq edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da onu vəziyyətdən çıxara bilməyib.İrevan-press.com-a etibarlı mənbədən daxil olan məlumatlara görə, Kəmalə Şıxlinskaya Şəmkir Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinskinin qızıdır və öz növbəsində M. Şıxlinski də Xaləddin İsgəndərovun yaxın dostudur. İddia olunur ki, əvvəllər 82 saylı orta məktəbdə müəllimə işləyən Kəmalə xanımı Xaləddin İsgəndərov başçı vəzifəsinə təyin olunduqdan sonra 179 saylı məktəbə direktor gətirib. Redaskiyamızı bilgiləndirən digər mənbənin sözlərinə görə, K.Şıxlinskaya bir neçə aydır ki, başqa məktəbə direktor gedməyi planlaşdırır. Aparılan yoxlama isə bu planın daha tez həyata keçməsinə gətirib çıxardı. İş burasındadır ki, məktəb direktorunu çətin vəziyyətdən çıxara bilməyən icra başçısı onu özünə məxsus şəkildə “cəzalandırmaq” qərarına gəlib. Bu cür “cəza növü” isə Şıxlinskayanın başqa, daha böyük və imkanları geniş məktəbə direktor təyin edilməsidir. Olduqca maraqlı və ibrətamiz siuiasiyadır, deyilmi? Növbəti məqaləmizdə bu və digər məsələlərin geniş şərhini təqdim etmək niyyətindəyik. Düşünürük ki, qanuna əsasən qarşı tərəflərin də münasibətlərini öyrənə biləcəyik.
Nigar
www.irevan-press.com
Reytinq: