"Sağlam təhsil sinfi" şagirdlərin yaradıcı prosesidir8-11-2016, 17:38
Çap et Natəvan xanım pilot-layihənin əhəmiyyətini xüsusi vurğulayaraq bildirir ki, layihə həyata keçirilməmişdən əvvəl dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ, Avropa İttifaqı, Yaponiya, Finlandiya, Rusiya və Ukraynada bu istiqamətdə aparılan işlər təhlil edilib. Cari ilin sentyabrında Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Bakının ümumtəhsil məktəblərinin direktorları, psixoloqları və tibbi heyət, "Sağlam təhsil sinfi" müəllimləri üçün seminarlar keçirilib. Məhz bu baxımdan rəhbəri olduğum məktəbdə iki sinifdə "Sağlam təhsil sinfi"nin tətbiq edilməsi zəruri haldır və biz şagirdlərimizin əsl vətəndaş və yaradıcı insan kimi formalamasında müstəsna rol oynaya bilərik. Məlumdur ki, "Sağlam təhsil sinfi"ndə tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maililik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib. Siniflərdə dərs deyən müəllimlərin maarifləndirilməsi işini daha səmərəli təşkil etmək məqsədilə “Sinif gigiyenası” adlı metodik vəsait hazırlanıb və həmin vəsait müəllimlərə çatdırılıb. Açığı, ötən tədris ilindən fəaliyyət göstərən “Sağlam təhsil” siniflərində keçirilmiş tibbi monitorinq bu siniflərdə tətbiq olunan texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda, belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyənləşdirilib. «Sağlam təhsil» layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdır. Natəvan xanım əlavə olaraq qeyd edir ki, Binəqədidəki "Sağlam təhsil" sinfi ilə tanış olsaq, görərik ki, sinif "bucaqsız bir otaqdır. Otaqda düz xətlər yoxdur. Bu, uşaqları psixi stressdən qorumaq üçün nəzərdə tutulub. Otaqda panorama effekti yaradılıb. Görünən bucaqlarda ağac şəkilləri çəkilib. Uşaqlar özlərini haradasa ayrı bir məkanda hiss edirlər. Yaxud sinif otağında şagirdlərin bir qismi otursa da, bir qismi ayaq üstədir. Otaqda yerləşdirilən masalar hündür və oturacaqlı olmaqla iki hissədən ibarətdir. Belə ki, uşaqlar 15 dəqiqədən bir yerlərini dəyişirlər. "Oturmaq ölümdür" devizi ilə keçirilən dərs həm də uşaqların fiziki sağlamlığına hesablanıb. Uşaqların reaksiyalarının formalaşması üçün tavanda quraşdırılan lampalar onların boyun, baş, ümumi bədən hərəkətlərini yerinə yetirmək üçündür. İlk 15 dəqiqədən sonra onlar təkrar yerlərini dəyişirlər. Tavandakı göz trenajoru rus akademiki Vladimir Filippoviç Bazarnının patentidir ki, sinif otağında tətbiq edilmək üçün yerləşdirilib. Şagirdlər bununla ikinci 15 dəqiqədə fəaliyyətlərini yerinə yetirir və sonra yerlərini dəyişirlər. Bu model onların fiziki sağlamlığı üçün çox faydalıdır. Belə ki, sinif otağının ölçüsündən asılı olaraq hər uşağa 2,2-2,5 sahə düşməlidir. Xatırladaq ki, layihə çərçivəsində yaradılan siniflərdə maksimum 22-24 uşaq oxuyur. Bu gün siniflərdə uşaqların sayı həddən artıq çox olur. Bu da təhsilin keyfiyyətinə, müəllim-şagird ünsiyyətinə öz təsirini göstərir. Nəticədə şagirdin məktəbə, dərsə marağı azalır. Ona görə layihə çərçivəsində təhlillər aparılır. Bu, həm də təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Təbii ki, bütüt məktəblərdə əksər siniflərin "Sağlam təhsil sinfi"nə qoşulması arzu olaraq hər kəsi duyğulandırır. Elə Binəqədidəki 3 saylı tam orta məktəbdə də bu layihəyə qoşulmaq imkanı olan siniflərin artması məktəbin cəmiyyət reallığı üçün son dərəcə əhəmiyyətlidir. P.S. Mənim iki nəvəm də - Həziyev Ömər Rasim oğlu (2 b sinfində), Abdullayev Yusif Samir oğlu (1 b sibfində) Binəqədidəki 3 saylı tam orta məktəbdə - "Sağlam təhsil sinfi"ndə oxuyur. Məktəbdəki yüksək təhsil və ünsiyyət səbəbindən Ömərin atası onları oraya ünvanlayıb. Məktəbdə aparılan təhsil islahatları bütün valideynləri razı salır. Bu üzdən məktəbin direktoru Natəvan xanıma, 2 b sinfinin rəhbəri Yasəmən Quliyevaya, məktəbin 1 b sinfinin rəhbəri Elmira Salmanovaya və əziyyəti keçən hər kəsə minnətdarlığımızı bildiririk. ![]() Sona Abbasəliqızı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

