Demo Sayt » tehsil » Gələn həftə başlayacaq payız tətili günlərinin sayı artacaqmı? - Rəsmi açıqlama


Gələn həftə başlayacaq payız tətili günlərinin sayı artacaqmı? - Rəsmi açıqlama

11-11-2016, 11:51
Çap et
Gələn həftə başlayacaq payız tətili günlərinin sayı artacaqmı? - Rəsmi açıqlama Azərbaycanın orta məktəblərində gələn həftə bu ilki tədris ilinin ilk tətili olacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun verdiyi məlumata görə, şagirdlər üçün payız tətili 5 gün - 16-20 noyabr tarixlərində olacaq. Lakin tətil günlərinin ikisinin – 19 və 20 noyabrın həftənin şənbə və bazar günlərinə təsadüf etməsi tətil günlərinin sayının artmasına səbəb olmayacaq.
C.Valehov bildirib ki, şagirdlər noyabrın 21-də dərslərdə iştirak etməlidirlər.
Reytinq: