Demo Sayt » tehsil » Məktəbdə “Multikulturalizm həyat tərzimizdir” mövzusunda tədbir


Məktəbdə “Multikulturalizm həyat tərzimizdir” mövzusunda tədbir

25-11-2016, 15:55
Çap et
Məktəbdə “Multikulturalizm həyat tərzimizdir” mövzusunda tədbir “Multikulturalizm ili” çərçivəsində Bakı şəhərindəki M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Multikulturalizm həyat tərzimizdir” mövzusunda tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, tədbirdə müəllim və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında çıxışları dinlənilib, müzakirələr aparılıb.
Sonra məktəblilər müxtəlif dillərdə şeirlər söyləyib, mahnılar ifa ediblər.
Təhsil müəssisəsində məktəblilərin mövzu ilə əlaqədar əl işlərindən ibarət sərgi təşkil olunub.
Reytinq: