Demo Sayt » tehsil » Göygöldə 7500 müəllimin qiymətləndirilməsi aparılacaq


Göygöldə 7500 müəllimin qiymətləndirilməsi aparılacaq

29-11-2016, 19:09
Çap et
Göygöldə 7500 müəllimin qiymətləndirilməsi aparılacaq Azərbaycanda müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi Göygöldə keçiriləcək.
Təhsil Nazirliyindən verilən xəbərə görə, 2-4 dekabr tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi təşkil olunacaq. Qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 7500 nəfərədək müəllim iştirak edəcək.
Ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də Göygöldə keçiriləcək imtahanlara cəlb ediləcəklər. Şuşanın, Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri bu imtahanlarda iştirak edəcəklər.
Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda, müəllimlər həmin səhifəyə daxil olmaqla, məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.
Reytinq: