Siqaretdən istifadə ilə bağlı məktəblilər arasında sorğunun nəticələri açıqlanıb1-12-2016, 16:05
Çap et Onun sözlərinə görə, sorğu 2 minə yaxın 13-15 yaşlı məktəblini əhatə edib: “Sorğunun ilkin nəticələri göstərib ki, 10% məktəbli nə vaxtsa siqaretdən istifadə etməyə cəhd edib. Onlardan 1/3-i artıq 10 yaşınadək siqaret çəkməyə başlayıb. Təxminən 8%- məktəbli hazırda siqaret və ya digər tütün məmulatlarından istifadə edir. Sorğuda iştirak edən məktəblilərdən 29%-i evdə, 41%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qaldığını deyib. "Siqaretlərin satıldığı vitrinlər gəncləri siqaret çəkməyə həvəsləndirir, ya yox?" sualına isə onların 32,5%-i müsbət cavab verib. Bu da onu deməyə əsas verir ki, həmin vitrinlər cəlbedici xarakter daşıyır və gəncləri tütünçəkməyə sövq edir”. Qeyd edək ki, 1998-ci ildən başlayaraq dünyanın bir çox ölkələrində keçirilən GYTS tədqiqatı Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2012-ci ildə reallaşdırılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
