ATU-da bilik yarışı keçirilib21-12-2016, 09:57
Çap et Universitetin İnzibati idarəetmə kafedrasının təşəbbüsü ilə keçirilən yarışda Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi Elşad Məmmədov və Nizami bələdiyyəsinin nümayəndəsi Elçin Ələkbərov da iştirak edib. Bilik yarışında ATU-nun Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan 2 və 3-cü kurs tələbələrindən təşkil olunan 4 komanda iştirak edib. 3 turda keçirilən yarışda təqdim olunan suallar tələbələrin nəzəri və təcrübə biliklərini yoxlamaq məqsədi daşıyıb və əsasən yerli özünüidarəetmə orqanlarının yaranması, fəaliyyəti, eləcə də bu sahədəki mövcud qanunvericiliyi əhatə edib. 1-ci turda "Turan" komandası "Göygöl" komandası üzərində, 2-ci turda isə "Kəpəz" komandası "Nizami" komandası üzərində qələbə qazanıb. Nəhayət final qarşılaşmasında topladığı ballarla "Turan" komandasını üstələyən "Kəpəz" komandası yarışın qalibi olub. Qalib komandanın üzvlərinə mükafatlar təqdim olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
