İdmançımız ABŞ-da keçirilən qılıncoynatma üzrə yarışda medal qazanıb16-12-2015, 11:16
Çap et ABŞ-ın Massaçusets ştatının mərkəzi Boston şəhərində qılıncoynatma üzrə qran-pri yarışı keçirilib.Azərbaycan Qılıncoynatma Federasiyasından dekabrın 12-13-də baş tutan yarışda Azərbaycanı məşqçi Fikrət Vəliyevin yetirmələri olan sablyaçılarımız Səbinə Mikina, Sevil və Sevinc Bünyadova bacıları təmsil edib. 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya xalları verən yarışda S.Mikina fərqlənib. O, qrupda 5 görüşdə qələbə çalıb. 1/64 finaldan yenidən mübarızəyə qoşulan S.Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibi Viktoriya Kovalyovaya uduzaraq bürünс medalla kifayətlənməli olub. Beləliklə, S.Mikina 30 lisenziya xalı qazanaraq Rio-2016-da iştirak etmək imkanlarını artırıb. S.Mikina yarışdan sonra ABŞ-da qalaraq Dallasda bir aylıq təlim-məşq toplantısında iştirak edəcək. Qeyd edək ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının keçirdiyi Qılıncoynatma üzrə 45-ci Dünya Çempionatı 2015-ci ilin oktyabrında başlayıb və 2016-cı ildə Rio-de–Janeyroda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarında yekunlaşacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

ABŞ-ın Massaçusets ştatının mərkəzi Boston şəhərində qılıncoynatma üzrə qran-pri yarışı keçirilib.