Bölgələrdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi keçiriləcək8-02-2017, 11:33
Çap et Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevral ayında keçiriləcək qiymətləndirmə peşə-ixtisas, İKT, məntiq və pedaqogika sahələrini əhatə etməklə 60 sualdan ibarət olacaq. Qiymətləndirmənin həyata keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etməkdir. Qiymətləndirmədən keçən şəxslərin ixtisasartırmaya cəlb olunması və müəssisələrin sayının optimallaşdırılması zamanı işin yenidən təşkili nəticələrə əsasən həyata keçiriləcək. Ötən ilin dekabr ayında Bakıda yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan 1500 pedaqoji işçinin bilik və bacarıqları qiymətləndirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
