Demo Sayt » yazarlar » Füzuli yaradıcılığının osmanlı ədəbiyyatına təsirini təsdiqləyən yeni əlyazmalar tapılıb


Füzuli yaradıcılığının osmanlı ədəbiyyatına təsirini təsdiqləyən yeni əlyazmalar tapılıb

19-12-2017, 12:08
Çap et
Füzuli yaradıcılığının osmanlı ədəbiyyatına təsirini təsdiqləyən yeni əlyazmalar tapılıb AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu osmanlı şairlərinin şeirlərindən ibarət əlyazma məcmuəsinin surətini əldə edib.
İnstitutdan verilən məlumata görə, institutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov əlyazma məcmuəsinin surətini Tehranın Məclis kitabxanasında aşkarlayıb. 133 səhifədən ibarət bu topluda əsasən XVI-XVII əsrlərdə yaşamış osmanlı şairləri Xəyali, Baqi, Növi, Nicati, Şeyxülislam Yəhya, Nəfʼi, Haləti, Nami, Zati, Fəğani, Xudayi, Heyrəti, Ruhi və başqaları ilə bərabər, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də əsərləri, qəzəllərinə yazılmış nəzirə və təxmislər mühüm yer tutur.
Məcmuə Füzuli yaradıcılığının osmanlı ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir etdiyini bir daha sübut etməkdədir.
Reytinq: