Azərbaycanın telekanallarında məhdudiyyət tətbiq ediləcək - Hansı saatda və səbəbdən?21-06-2018, 11:24
Çap et Bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli informasiyalar aiddir. Teleradio yayımı vasitəsi ilə "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına isə vaxt məhdudiyyəti qoyulmayacaq. Layihədə müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmaqla informasiya məhsulunun yaş kateqoriyasına uyğun təsnifatı da aparılıb. Bu təsnifata uyğun olaraq, "Universal" yaş kateqoriyasına aid edilən informasiyaların istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmayacaq. "6 yaşadək" yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmamış uşaqlar, "6 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmuş uşaqlar, "12 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 12 yaşı tamam olmuş uşaqlar, "16 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların 16 yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol veriləcək. "18 yaşdan" yaş kateqoriyasına aid olan infromasiyaların uşaqlar arasında dövriyyəsinə yol verilməyəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
