Zəlimxan Yaqub Almaniyaya aparılır11-09-2015, 13:27
Çap et Azərbaycanın xalq şairi, ictimai xadim, Milli Məclisin deputatı Zəlimxan Yaqub gələn ay müalicə üçün Almaniyaya gedəcək. Bunun Zəlimxan Yaqubun özü deyib. Xalq şairi hal-hazırda müalicəsini evdə davam etdirir. "Mən artıq evə buraxılmışam və müalicəmi evdə davam etdirirəm. Oktyabrın 5-də isə Almaniyaya gedəcəm", - deyə Zəlimxan Yaqub bildirib. Bir neçə gün əvvəl onun səhhətində problemlər yaranmışdı. Xalq şairi döş qəfəsində kəskin ağrıların olduğunu bildirmişdi. Bununla əlaqədar yaxınları onu Mərkəzi Klinik Xəstəxanaya aparıblar. Burada 4 günlük müalicədən sonra o, ötən evə buraxılıb. Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat zamanı xalq şairinin hər iki böyrəyi çıxarılıb. Müxtəlif ölkələrdə müalicə alan şairin müalicəsi dövlət tərəfindən maliyyələşdirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
