Bakı Hümanitar Kollecində şair, yazıçı-publisist Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib22-12-2016, 17:54
Çap et Hümanitar Liseyin şöbə müdüri Talıb Zülfiyev tədbiri açıq elan edərək bildirib ki, tələbə-gənclərin bədii ədəbiyyata marağının artmasında, daxili mənəvi dünyalarının zənginləşməsində, mütaliə mədəniyyətinin yüksəlməsində, dünyagörüşlərinin əhatəli olmasında yaradıcılıq görüşlərinin keçirilməsi müsbət təsir göstərir. Onu da qeyd etdi ki, Hümanitar Kollecin Akt zalında bir sıra tanınmış şair və yazıçıların görüşləri olur. Belə görüşlər həm də milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğ edilməsinə səmərəli təsir edir. AMEA-nın Nəsimi adına Dilçilik İnstutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov çıxışında bildirdi ki, şairənin kitablarını oxuyarkən adam lirik-romantik ovqata köklənir. Mövzu dairəsi, məzmunlu şeirləri, əsərlərindəki esseləri oxucunun diqqətini cəlb edir. Şairə xüsusilə nəsr əsərlərində bədii dil imkanlarından geniş istifadə edir. ADPU-nun professoru, filologiya elmlər doktoru Kamil Bəşirov isə yazıçının nəsr əsərlərinə müracət etdiyini bildirib və bu əsərlərdə cəmiyyət üçün çox vacib olan mövzulara toxunulduğunu qeyd edib. Yazıçının “İt kəlləsi” adlı nəsr əsərinin mahiyyətindən söz açıb. AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı - filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy Mətanət Ulu Şirvanlının poeziyası haqqında danışaraq geniş mövzulara toxundu. Bildirdi ki, hər hansı bir mövzuya müraciət etmək istəsək şairənin kitablarında bu mövzuları tapmaq mümkündü. Çıxışının sonunda qeyd etdi ki, şairə səmimiyyətini qoruyub saxlamış, bütün şeir və nəsr əsərlərində səmimiyyət özünü qabarıq şəkildə büruzə vermişdir. Tədbirdə Mətanət Ulu Şirvanlının həyat və fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, Mətanət Ulu Şirvanlı Şamaxıda anadan olub. Mətanət xanımın doğulduğu yurdun, torpağın vəsfi şeirlərində öz əksini tapıb. Yaradıcılıq gecəsində şairə -yazıçı Mətanət Ulu Şirvanlının həyat və yaradıcılığından geniş söhbət açıldı, vətən, ana, məhəbbət və fəlsəfə ilə bağlı şeirləri tələbələr tərəfindən səsləndirildi. Qeyd olundu ki şairənin yaradıcılığında axıcılıq o qədər güclüdür ki, bu həm bəstəkarların, həm də aşıqların diqqətini cəlb edib. Təsadüfi deyil ki görkəmli bəstəkarlarımız professor, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, Əməkdar insənət xadimi Tahir Əkbər, Əməkdar artist Vüqar Camalzadə, bəstəkar-mügənni Hikmət Aslanov şairənin yaradıcılığına müracət etmişlər. Tədbirdə tanınmış bəstəkar-mügənni Hikmət Aslanov, gənc mügənni “Muğam müsabiqəsi”nin qalibi Tural Salmanov, Aşıq Azər Fərmayıloğlu və Toğrul Ayrımelli şairənin sözlərinə yazılmış mahnıları ifa etdilər. Mətanət Ulu Şirvanlı şeir və nəsr əsərlərindən ibarət on kitabın müəllifidir. Özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik qələm sahibidir. Mətanət xanımın yaradıcığında poetik təxəyyül güclüdür. Qarabağ ağrısı, Qarabağı azad etmək mücadiləsi ilə yazdığı şeirləri çoxdur. Bu şeirlər şairin yurd həsrəti, Azərbaycanın bütövlüyü arzusu ilə yazılıb. Odur ki, yaradıcılıq gecəsində Qarabağa həsr edilən şeirlərə geniş yer verilib. Mətanət Ulu Şirvanlının “Azərbaycan bayrağı” “Ana”, “Şamaxı”, “Kaş səni dünyada tanımayaydım”, “Nə var ki”, “Arzular” və digər şeirlərini kollecin tələbələri tərəfindən ifa edildi. Şair, yazıçı-publisist Mətanət Ulu Şirvanlı çıxış edərək görüşün keçirilməsinə görə Hümanitar Liseyin rəhbərliyinə, həmçinin məktəbin müəllim heyətinə və tələbə kollektivinə təşəkkür edib, yeni şeirlərini oxuyub, tələbə-gənclərə kitablarını hədiyyə edib. Tədbirin sonunda xatirə şəkilləri çəkildi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
