Ukraynalı boksçu: “Avropa Oyunlarında iştirak etməkdən zövq aldım”25-06-2015, 19:45
Çap et “Bakıdakı yarışa Avropanın ən güclü boksçuları toplaşıb. Buna görə də döyüşmək mənim üçün çox çətin idi”.Apasport.az saytının məlumatına görə, bunu I Avropa Oyunlarının bürünc mükafatçısı Viktor Petrov deyib. 64 kq çəki dərəcəsi üzrə boks yarışlarında yarımfinala qədər irəliləyən ukraynalı idmançı həlledici görüşdə məğlubiyyətlə üzləşib. Onun finala gedən yolunu Azərbaycan təmsilçisi Lorenzo Sotomayor kəsib. Üçüncülüklə kifayətlənən Petrov Avropa Oyunlarından həzz aldığını deyib: “Nəticə nə olursa-olsun, bu yarışda iştirak etməkdən zövq aldım. Təcrübəmi artırdım. Bu, mənə gələcək karyeramda çox faydalı olacaq. Əslində daha yüksək əyarlı medal qazanmaq istəyirdim. Amma bu planım baş tutmadı. İstənilən halda Avropa Oyunlarında yaxşı çıxış etdiyimi düşünürəm. Əgər yarışları medalla bitirə bilmişəmsə, deməli, öz çəki dərəcəmdə ən güclü idmançılardan biriyəm”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Bakıdakı yarışa Avropanın ən güclü boksçuları toplaşıb. Buna görə də döyüşmək mənim üçün çox çətin idi”.