Heqiqet.Az » hadise » Çaydan meyiti tapılan qadın öldürülübmüş


Çaydan meyiti tapılan qadın öldürülübmüş

15-03-2017, 10:26
Çap et
Çaydan meyiti tapılan qadın öldürülübmüş Qaxda 4 gün əvvəl çayda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub, qatil həbs edilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-i Qax rayonu Əlibəyli kənd inzibati ərazisində çaydan meyiti tapılan Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnar Çingiz qızı İbrahimovanı Yevlax şəhər sakini, 1969-cu il təvəllüdlü Mail Turan oğlu Məmmədovun öldürdüyü müəyyənləşib.
Mail Məmmədov Yevlax şəhər ərazisində tutularaq, istintaqa təhvil verilib.
Məlum olub ki, əvvəllər qonşu Rusiya dövləti ərazisində cinayət törətdiyi üçün məhkumluq həyatı yaşayan Mail Məmmədov mart ayının 8-i Gülnar İbrahimova ilə birlikdə Yevlax rayonu Xanabad kəndi ərazisində fəaliyyət göstərən yeməkxanalardan birində yeyib içən zaman aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman Mail Məmmədov Gülnara bir-neçə sillə vurub. Sərxoş vəziyyətdə olan Gülnar sillənin təsirindən özünü itirib. Mail Məmmədov hadisənin izini itirmək üçün Gülnarı Qax rayonuna gətirərək Əlibəyli kənd inzibati ərazisindən axan çaya tullayıb. Gülnar İbrahimova çaya atılan zaman huşu özündə olmayıb, o, suda boğularaq ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Reytinq: