Qriqori Trofimçuk: Azərbaycan Rusiya üçün əməkdaşlığın bütün sahələrində vacibdir3-04-2017, 14:18
Çap et Bunu Bakıda keçirilən “Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası” mövzusunda Dəyirmi masada “Avrasiya ideyaları emalatxanası” Elmi tədqiqatlara dəstək Fondunun Eskpert Şurasının sədri Qriqori Trofimçuk deyib. O, Azərbaycanın Rusiya üçün bütün sahələrdə - iqtisadi, hərbi-siyasi, humanitar və strateji sahələrdə həm regional, həm də beynəlxalq səviyyədə çox vacib olduğunu deyib. Onun sözlərinə görə, Bakı Moskvanın regional tərəfdaşı olmaqdan daha çox qlobal tərəfdaşıdır: "Moskva Bakıdan xüsusən də, konfessiyalar sahəsində bəzi şeylər öyrənə bilər. Rusiya Azərbaycanın türk dünyasının əsas fiqurlarından biri kimi əhəmiyyətini başa düşməlidir. Rusiyaya Azərbaycanın nümunəsində türk dünyası ilə daha sıx əlaqənin yaradılması məsələsini tədqiq etmək lazımdır”. Q.Trofimçukun fikrincə, yaxın illər asan olmayacaq, çünki postsovet məkanında həll olunmamış problemlərin mövcudluğunu nəzərə alaraq, bu gün Cənubi Qafqaz regionunun destabilizasiyası təhlükəsi mövcuddur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
