Süni mayalanma yolu ilə alınmış buzovlara görə 1,3 mln. manat subsidiya verilib3-04-2017, 14:27
Çap et Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, növbəti aylar üzrə isə subsidiya veriləcək heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı hal-hazırda müəyyənləşdirilir. Beləliklə, indiyədək heyvan sahiblərinə 1 mln. 293 min 600 manat məbləğində subsidiya verilib. Qurumdan bildirilib ki, ictimai nəzarəti gücləndirmək və şəffaflığı təmin etmək məqsədilə hər bir ay üzrə subsidiya verilmiş heyvan sahibləri və süni mayalanma yolu ilə alınmış buzovların sayı, o cümlədən süni mayalanma yolu ilə alınmış hər buzova görə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək subsidiya məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclasının protokolu nazirliyin rəsmi internet saytının (www.agro.gov.az) "Subsidiyalar" bölümündə yerləşdirilib. Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə "Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası" təsdiq edilib. Həmin qayda ilə yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurları müəyyən edilir. Qaydaya uyğun olaraq 2016-cı ilin oktyabr ayından heyvan sahiblərinə subsidiyanın verilməsinə başlanılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
