Heqiqet.Az » siyaset » Prezident İlham Əliyev: “Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb”


Prezident İlham Əliyev: “Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb”

4-04-2017, 10:33
Çap et
Prezident İlham Əliyev: “Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb” “Biz bu gün ticari-iqtisadi inkişafa dair məsələləri siyahı üzrə birbaşa müzakirə etdik və əmtəə dövriyyəsini sürətlə artıra biləcəyimiz mövqeləri müəyyənləşdirdik. Əmtəə dövriyyəmizdə artım olsa da, bu, bizim nə potensialımızı, nə də niyyətlərimizi əks etdirə bilməz. Buna görə də gələn ay hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev aprelin 3-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
“Mən, həmçinin çox şadam ki, Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistika mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə yönəldilmiş birbaşa Azərbaycan investisiyalarıdır. Həmçinin müasir texnika əldə olunması ilə əlaqədar iri layihələri müzakirə etdik. Tranzitlə əlaqədar məsələlər həm məhdud tərkibdə söhbət çərçivəsində, həm də ölkələrimizin nəqliyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə bu gün çox geniş müzakirə olundu. Çox böyük potensiala malikik və yaxın vaxtlarda bu potensial bütünlüklə işə düşəcək”, deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev deyib ki, Qazaxıstan prezidenti ilə görüşdə həmçinin neft əməliyyatları, tranziti sahəsində əməkdaşlıq müzakirə olunub: “Biz necə irəli gedə biləcəyimizi dəqiq başa düşürük. Bütün ticari-iqtisadi, tranzit, nəqliyyat, enerji məsələləri bloku çox geniş müzakirə olundu, özü də konstruktiv və müfəssəl. Buna görə biz yaxın vaxtlarda yaxşı nəticələr gözləyirik”.
Reytinq: