İsa Həbibbəyli: "Peşəkar olmayan qurumun orfoqrafiya lüğəti hazırlaması düzgün deyil"7-06-2017, 17:54
Çap et Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Dilçilik İnstitutunda yeni "Orfoqrafiya lüğəti” üçün müəyyən olunmuş işçi qrupu yeni konsepsiya və prinsipləri hazırlayır: "Biz işçi qaydasında bir dəfə bu məsələni müzakirə edib əlavə tapşırıqlar vermişik. Bu ilin ikinci yarısında "Orfoqrafiya lüğəti”nin konkret və praktik olaraq hazırlanmasına başlanılacaq. Bu iş tələsik aparılmamalıdır. Düşünürəm ki, orfoqrafiya qaydaları kimi məsuliyyətli işdə tələskənliyə yol vermək olmaz. Çünki bu lüğəti hazırlamaq üçün kifayət qədər sanballı, ixtisaslı mütəxəssislər olmalıdır. Akademiyada belə bir baza var və bu işlərlə indiyə qədər məşğul olub. Digər qurumların hazırlayacağı lüğətin yüksək səviyyədə olacağına əvvəlcədən tam inana bilmirəm. Bu işi görmək akademiyanın borcudur. "Orfoqrafiya lüğəti”ni 1938-ci ildən bu günə qədər Milli Elmlər Akademiyası hazırlayıb. Bu qədər mütəxəssislərin iş aparmasına baxmayaraq, lüğətdə nələrinsə çatmadığı, uyğun olmadığı barədə fikirlər səslənir. Necə ola bilir ki, bu qədər mütəxəssisləri olan kollektivin hazırladığı lüğətdə müəyyən qüsurlar axtara bilirik? Ümumiyyətlə, peşəkar olmayan bir qurumun lüğət hazırlamasını haqlı və düzgün hesab etmirəm. Mətbuatda oxumuşam ki, onlar tam sistemli orfoqrafiya lüğəti yox, işlək "Orfoqrafiya lüğəti” hazırlayırlar. Yəni mətbuat üçün işlək olan sözlərin məqbul olan ortaq variantını hazırlayıb mətbuatın işinə kömək etmək istəyirlər. Bu, mənim düşündüyüm və normativ qaydada olan "Orfoqrafiya lüğəti” deyil. Təkrar edirəm ki, fundamental lüğəti Milli Elmlər Akademiyası hazırlamağa başlayıb”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
