Tramp: “Maduro indi nəinki pis oğlan, həm də diktatordur”1-08-2017, 10:21
Çap et Bunu ABŞ prezidentinin mili təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster deyib. “Maduro rejiminin Konstitusiya Assambleyasına saxta seçkilər vasitəsilə mütləq hakimiyyəti ələ keçirməsi bizim yarımkürədə demokratiyaya çox ciddi zərbədir. Maduro indi nəinki pis oğlan, həm də diktatordur”, - deyə Trampın bəyanatında bildirilir. Bəyanatda Venesuela hakimiyyəti Konstitusiyaya hörmət etməyə, azad seçkilər keçirməyə, siyasi məhbusları azadlığa buraxmağa, repressiyalara son qoymağa və xalqın humanitar problemlərini həll etməyə çağırılır. Eyni zamanda, Tramp bəyan edib ki, ABŞ öz müttəfiqləri ilə birlikdə Venesuelada insan haqları pozuntuları və zorakılıqda günahkar olanların məsuliyyətə cəlb edilməsinə çalışacaq. Xatırladaq ki, iyulun 30-da Venesuelada hakimiyyətin təşəbbüsü ilə Konstitusiya Assambleyasının formalaşdırılması üçün seçki keçirilib. Bu orqan hazırda müxalifətin çoxluqda olduğu Milli Assambleyanı - parlamenti əvəz etməlidir. ABŞ bu seçkiləri tanımayaraq N. Maduroya qarşı sanksiya tətbiq edib. Latın Amerikası ölkələri də seçkiləri tanımayıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
